“Yuventus”un futbolçusu Danilo zədələnib.

Rekord.az xəbər verir ki, 30 yaşlı müdafiəçi A seriyasının 13-cü turunda “Latsio” ilə oyunda (2:0) sıradan çıxıb.

Ancaq onun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Danilo bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib və 1 qolun ötürməsini verib.