
“Yuventus”un futbolçusu sıradan çıxdı
- 12 Dek 2021 18:00
- 552
“Yuventus” klubu ciddi itkiylə üzləşib.
Rekord.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Dibala “Yuventus”un A Seriyasının 17-ci turunda “Venetsiya”ya qarşı keçirdiyi səfər matçının (1:1) 12-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Argentinalı hücumçunun əvəzinə meydana Kayo Jorje çıxıb.
Dibalanın son vəziyyəti tibbi müayinədən sonra bilinəcək.