
"Yuventus"u tərk edə bilər
- 22 Dek 2021 11:00
- 514
“Yuventus”un futbolçusu Matteys de Liqt qışda klubu tərk edə bilər.
Rekord.az xəbər verir ki, bu barədə niderlandlı müdafiəçinin meneceri Mino Rayola “La Gazetta dello Sport” nəşrinə açıqlamasında deyib:
“De Liqt növbəti addımı atmağa hazırdır. Düşünürəm ki, o, karyerasını inkişaf etdirmək üçün ideal bir yerə gedəcək”.
22 yaşlı müdafiəçinin “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.