İtaliyanın “Yuventus” klubu 2020/2021 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, klubun ötən il üzrə zərərinin 209,9 milyon dollar təşkil etdiyi bildirilib. Bu, klub tarixində rekord itkidir.

“Yuventus”un belə zərərə uğramasının əsas səbəbi koronavirus pandemiyasına görə oyunların azarkeşsiz keçirilməsidir.

“Yuventus” ötən mövsümü A Seriyasında 4-cü sırada bitirib.