Bu yaxınlarda Yevlaxda “Karvan” komandasına dəstək məqsədi ilə maraqlı aksiya keçirilib.

Rekord.az xəbər verir ki, oyuna gələn azarkeşlərdən hərəyə simvolik olaraq 1 manat yığıldığı aksiyaya tanınmış futbol veteranlarl da cəlb olunub.

Hətta Yevxal klubu oyundan öncə həmin veteranların içtirakı ilə video müraciət də çəkərək sosial şəbəkələrdə paylaşıb. Nəticədə oyun günü Tərlan Əhmədov, Ramiz Məmmədov, Hüseyn Məhəmmədov, Zaur Ramazanov, Oqtay Abdullayev kiimi veteranlar Yevlaxda olub və qarşılaşmanı da stadiondan canlı izləyib. Əldə etdiyimiz məkumata görə, “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov da Yevlaxa dəvət olunsa da, Hüseynov son anda səfərə getməkdən imtina edib. Bu isə yevlaxlıların bərc incikliyinə səbəb olub.