AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda futzal yarışlıarı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Bakı” MFK – “Dəstə Ordubad” oyununda “Dəstə Ordubad”ın qapıçısı Emil İsrəfilov oyunun 2-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.

“Record” – “Araz Naxçıvan” oyunu "Record” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Record” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Record” komandası yarışlardan kənarlaşdırılıb.