Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimovanın yeni klubunun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, 35 yaşlı liberomuz karyerasını vətəndə davam etdirəcək. 

Kərimova 2020/2021 illər mövsümündə Bakının "Azərreyl" klubunun şərəfini qoruyacaq. 

Voleybolçumuz ölkə birinciliyi ilə yanaşı, avrokubokda da komandamızın uğurları üçün çalışacaq.