FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.

Rekord.az həmin təyinatları diqqətinizə çatdırır:

22 mart
 
Tanzaniya – Bolqarıstan
"Liv Bona Dea Arena". Saat 17:00
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov
 
22 mart
 
Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Zorbay Küçük (Türkiyə)
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Fəridə Lütfəliyeva 
 
25 mart
 
Tanzaniya – Monqolustan
"Liv Bona Dea Arena". Saat 17:00
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rəşad Əhmədov
 
25 mart
 
Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Kristo Tohver (Estoniya)
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)
Dördüncü hakim: İnqilab Məmmədov