"Baku Sportinq" klubu tərəfindən əsaslı təmir olunan Buzovna stadionu istifadəyə hazırdı.

Rekord.az xəbər verir ki, söğzügedən klub yeni mövsümdən I Liqaya vəsiqə qazanacağı halda ev oyunlarını bu stadionda keçirəcək.

Stadionunun tribunaları da yenilənib və tutumu artırılacaq. Hazırda 1000 nəfərlik olan stadionun tamaşaçı tutumu 2500-ə çatdırılacaq.

Qeyd edək ki, əvvəllər "Gənclik" adlanan bu arenanın tamaşaçı tutumu 2000 nəfər idi və "Xəzri" komandası burada ev oyunlarını keçirib.