"Qalatasaray"ın rəhbəri Dursun Özbek klubun prezident seçkilərinə namizədliyini açıqlayıb.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek isə sözügedən seçkiyə namizəd olduğunu söyləyib: 

"Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam".

Dursun Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.