Yenidən A Seriyasına yüksəldilər
- 15:30
- 26
İtaliya A Seriyasına yüksələn 3-cü komanda da müəyyənləşib.
Rekord.az xəbər verir ki, ötən gecə B seriyasında pley-off mərhələsinin cavab oyunu keçirilib.
A Seriyasına vəsiqə uğrunda qarşılaşmada "Montsa" və "Katanzaro" komandaları üz-üzə gəlib.
Görüş "Katanzaro"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda "Montsa" eyni hesabla qalib gəldiyi üçün pley-offun ümumi hesabı bərabərləşib – 2:2.
Turnirin reqlamentinə əsasən, bu mərhələdə əlavə vaxt və penalti seriyası keçirilməyib. B seriyasında mövsümü rəqibindən daha yüksək pillədə (3-cü yer) başa vuran "Montsa" çempionatı 5-ci sırada bitirən rəqibini qabaqlayaraq elitaya vəsiqə qazanıb.
"Montsa" ötən mövsüm A Seriyasından B Seriyasına düşmüşdü.
Xatırladaq ki, "Venetsiya" və "Frozsinone" B Seriyasında ilk iki pillənin sahibi kimi elitaya vəsiqə qazanmışdı.