
Yeni yaranan “Rekord”un ilk uğuru: futbolçusunu Premyer Liqa klubları istəyir
- 17 Yan 2023 11:00
- 1628
Bir neçə ay bundan öncə Sumqayıtda yeri yaranan “Rekord” uşaq klubu haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, qısa zaman ərzində formalaşan və AFFA-nın bayrağı altında keçirilən yarışlara qatılan bu komanda çox keçmədən haqqında söz etdirməyə başladı.
Qısa zamanda oyunu ilə göz oxşayan bu komandanın artıq öz yetirmələri də var. Hansı ki, Premyer Liqada çıxış edən klubların futbol akademiyalarının da maraq dairəsinə düşməyi bacarıb. Belə futbolçulardan biri də İmran Seyidbalayevdi. İmran “Rekord”un öz yetirməsidir. Çünki məhz bu komanda ilk olaraq onu tapıb, üzə çıxardıb və tanıdıb. Daha ətraflı məlumatı saytımızaa açıqlamasında komandanın məşqçisi, uşaq futbolunda öz dəsti-xətti ilə seçilən Orxan Abdullayev verib: “İmran 2012-ci il təvəllüdlüdür. 4 aydır bizdə məşq edir. İlk dəfə atası komandamıza gətirib. Həyətdə, yaşıdları arasında öz oyunu ilə seçildiyindən tanıyanlar futbol bölməsinə yazdırmağı məsləhət görüb. Atası da götrüb bizim komandaya gəlmişdi. Mən də ilk tanışlıqdaca ondakı potensialı gördüm və dərhal atasına dedim ki, lazımı sənədləri toplayıb gətirsin. Ən qısa zamanda sənədləri toplayıb İmranı yarışlara qoşduq. Qısa zamanda ümidlərimizi doğurultdu, bu gün həm komandanın lideriri, həm bombardiridir, həm də kapitanı. Artıq onu özündən 1 yaş böyüklərin qrupuna qatmışam. Şənbə günü isə özündən 2 yaş böyüklərin yoldaşlıq görüşlərində də sınayıram. Orda da özünü yaxşı tərəfdən göstərir. İmranı Bakıdan bir çox klublar istəyirdi ki, onların sırasında “Neftçi”də var idi. Eyni zamabda EFA da onunla ciddi maraqlanırdı. Hətta adlarını çəkmək istəmədiyim klublar var idi, hansı ki, yaxşı pul da təklif edirdilər. Hazırda Sumqayıtda demə olar, bütün məşqçilər bu uşağı istəyir. Ağlına, talantına, potensialına görə. Bir neçə gün bundan qabaq “Sumqayıt”ın U-10 komandası ilə yoldaşlıq görüşü oynadıq, onlar da gördülər və yenidən istədilər. Hələ 2 ay öncədən də bu istəklri var idi. Yənibu gün “Sumqayıt” da bu uşaq uğurunda müarizə aparır”.