
Yeni yaranan bölgə komandasına icra başçısı da dəstək verəcək
- 28 Avq 2023 12:00
- 651
Hacıqabulda yeni futbol komandasının yaradılması və yeni mövsümdən "Region Liqası"nda oynayacağı ilə bağlı məlumat vermişdik.
Rekord.az-a daxil olan məlumata görə, komandanın sponsoru yoxdur.
İlkin mərhələdə rayonun icra hakimiyyəti səfər üçün nəqliyyat məsələsində kömək edəcəyinə dair söz verib. Stadionla bağlı məsələdə isə yerli gənclər və idman idarəsi yarımçı olacağına vəd verib.