Məlum olduğu kimi, "Turan Tovuz" yeni sponsoruna qovuşub və “Huner Group” şirkətyi bundan sonra Tovuz təmsilçisinə maliyyə yardımı ayıracaq.

Rekord.az-a daxil olan məlumata görə, ilkin mərhələdə sözügedən şirkət komandaya yarım milyon manat ayıracaq.

Növbəti mövsümlərdə isə məbləğin artırılması nəzərdə tutulub. Məhz yeni sponsorun gəlişindən sonra "Turan Tovuz"un iddialarının da artacağı gözlənilir.