
Yeni nazirdən yeni açıqlama
- 10 Yan 2022 13:10
- 498
"Bu, ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur".
Rekord.az xəbər verir ki, bu açıqlama gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.
O, Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməsinə toxunub:
"İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq.
Yeni ildə gənclərimizə və idmançılarımıza möhkəm can sağlığı, əzmkarlıq, inam və yeni nailiyyətlər arzulayıram".