
Yeni FIFA prezidenti bu tarixdə seçiləcək
- 04 İyl 2022 10:15
- 460
FİFA-da növbəti prezident seçkisinin tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, vacib hadisə 2023-cü il martın 16-da baş verəcək.
Seçki ali futbol qurumunun Ruandanın paytaxtı Kiqalidə keçiriləcək konqresi çərçivəsində təşkil ediləcək. FİFA-nın hazırkı rəhbəri Canni İnfantino yüksək posta 2016-cı ilin fevralında seçilib. İsveçrəli funksioner təşkilatdakı korrupsiya hallarına görə vəzifəsindən uzaqlaşan həmyerlisi Yozef Blatterə xələf olmuşdu.
Yeri gəlmişkən, İnfantino martın 31-də növbəti seçkidə namizədliyini irəli sürəcəyini bəyan edib.