Yenilənmiş AFFA hələlkik uyğunlaşma dövrünü keçir.

Rekord.az xəbər verir ki, yenilərin ilk rəsmi qərarı böyük ehtimalla milli komandanın baş məşqçisi postu ilə bağlı olacaq.

Daha sonra digər layihələrin icrasına başlanılacaq. Saytımıza daxil olan məlumata görə, AFFA-nın yeni rəhbərliyinin planlarından biri də futbolu həm də işğaldan azad olunan ərazilərə daşımaqdı. Çünki ildən-ilə həmin ərazilərə köç sayı artır və bu gedişlə yaxın illərdə həmin ərazilərdə əhalinin sayı da artacaq. Bu mənada AFFA rəhbərliyi yaxın 3-4 ildə heç olmasa iki rayonda kiçik tutumlu da olsa, stadion tikməyi nəzərdən keçirir.