"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə ölkə kubokunun 1/8 final mərhləsində "Sabah"a 0:3-lük məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

 

Rekord.az xəbər verir ki, təcrübəli məşqçi öncə oyun haqda danışıb: "Oyundan öncə də açıqlama vermişdim ki, "Qarabağ"la oyunu çıxmaq şərti ilə "Sabah" son zamanlar yüksəlişdə idi. Bizim isə itkilərimiz var idi. Buna baxmayaraq, ilk hissədə istədiyimiz oyunu oynaya bildik. İkinci hissədə isə müdafidə buraxdığımız səhvlər nəticəsində qollar buraxdıq. Əlbəttə, burada rəqibin ustalığını da qeyt etmək istərdim. Qələbə münasibəti ilə "Sabah"ı təbrik edirəm. Biz isə bu oyunu unudub, I Divizondakı növbəti oyuna hazırlaşmalıyıq".

 

Vahabzadə I Divizionda limitə yenidən baxılmasının tərəfdarıdır: "Bu mövsüm I Divizionda daha maraqlı mübarizə gedir. Çünki limitd dəyişilik edilib və komandalara daha çox yaşlı futbolçulardan istifadəyə icazə verilib. Bu məsələyə yenidən baxıb bu sayı bir qədər də artırsalaq daha yaxşı olar. O zaman 23-24 yaşlı futbolçuların imkanlarından daha çox istifadə edə bilərik".

 

"Kəpəz"in baş məşqçisi sonda Premyer Liqada oynamaq ehtimalı haqda sualı da cavablandırıb: "Bugünkü gün üçün bizə Premyer Liqada oynamaqla bağlı heç nə deyilməyib. Bununla belə, çempionatda bacardığımız qədər yüksək yer tutmaq istəyirik ki, sabah belə bir təklif olsa, oynamağı haqq edək".