Dario Federiko "Kəpəz"ə qayıtmaq istəyir.

Rekord.az xəbər verir ki, komanda yenidən elitaya qaytarıldıqdan sonra sosial şəbəkədə bununla bağlı paylaşım edən braziliyalı, daha sonra müəyyən çevrələrlər Gəncə klubuna xəvər də göndərib.

Gəncəli azarkeşlər də braziliyalının "Kəpəz"ə qayıtmasını istəyir. Lakin əldə etdiyimiz məlumata görə, baş məşqçi Yaşar Vahabzadə bu transferi isti baxmır. Buna səbəb futbolçunun uzun müddətdir ki, klubsuz olması və oyun praktikasının yoxluğudur.