Yarımfinal mərhələsinin proqramı müəyyənləşdi
- 2024-04-09 15:20
- 95
Futzal üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin proqramı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu raundun hər iki görüşü aprelin 25-də Bakı İdman Sarayında keçiriləcək.
Əvvəlcə saat 15:00-da “Neftçi” İK ilə “Baku Fire” meydana çıxacaqlar. Bundan 3 saat sonra isə “Araz-Naxçıvan” – PFL matçı baş tutacaq.