"Barselona"nın futbolçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.


Rekord.az xəbər verir ki, cinah oyunçusu buna 31-ci turda "Espanyol"la matçda iştirak etməklə nail olub.


Qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.


Beləliklə, gənc vinger "Real"ın sabiq üzvü Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.


Xatırladaq ki, "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.