
Xudiyev AÇ-nin seçmə mərhələ oyununa təyinat aldı
- 31 Avq 2023 13:40
- 385
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da gerçəkləşəcək.