
Xorvatiyanın məşhur klubu Mahiri istəyir
- 07 Yan 2022 11:00
- 645
Mahir Emrelini transfer etmək istəyən klublardan daha birinin adı bəlli olub.
Rekord.az xəbər verir ki, "Dinamo" (Zaqreb) azərbaycanlı forvardın xidmətində maraqlıdı.
Son Xorvatiya çempionunun hücumçumuza görə "Legiya" rəsmiləri ilə danışıqlara başlayacağı bildirilir. Zaqreb təmsilçisi Mahirə görə Varşava klubuna 2 milyon avro ödəmək niyyətindədi.
Qeyd edək ki, "Dinamo" hazırda Xorvatiya liqasında 40 xalla 1-ci pillədə qərarlaşıb. ("Futbol plus")