
Xorvatiya - Rusiya matçından əvvəl insident
- 14 Noy 2021 17:30
- 480
DÇ-2022-nin Xorvatiya və Rusiya milli komandaları arasında keçiriləcək oyunundan əvvəl insident baş verib.
Rekord.az “Sport-express” nəşrinə istinadən xəbər verir ki, yerli polislər Splitdə qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.
Bu addımın hansı səbəbdən atıldığı hələ ki, məlum deyil.
Xorvatiya – Rusiya matçı Bakı vaxtı ilə bu gün, saat 18:00-da başlayacaq.