
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin adına stadion olacaq, açılışda Erdoğan iştirak edəcək
- 23 Noy 2021 17:20
- 480
Türkiyə millisi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın sabiq baş məşqçisi, hazırda "Altay"a başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.
Rekord.az xəbər verir ki, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək.
Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.
"Altay" və "Altınordu"nun oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.
Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.