Rumıniyanın “Dinamo” (Buxarest) klubu baş məşqçisi Mirça Redniklə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rednik komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib.

Rednik 2010/2011 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”ı çalışdırıb. O, bu komanda ilə ölkə kubokunu qazanıb.