AFFA tərəfindən II Diviziona bekə buraxılmayan "Xəzər Lənkəran 42"-nin növbəti mövsüm yenidən "Region Liqası"na qatılması sual altındadır. Baxmayaraq ki, AFFA həm bu komandanı, həmçinin digər narazı komandaları əmin edib ki, növbəti mövsüm "Region Liqası"nda qalib olsalar, mütləq II Diviziona vəsiqə qazanacaqlar.

Lakin Rekord.az-a açıqlama verən "Xəzər Lənkəran 42"-nin direktoru Höccət Hacıyev federasiyanın səmimiyyətinə inanmır.

Bu mənada, çempionatda iştirak etmək istəmədiklərini bildirib: "Lənkəranda futbol üçün bütün lazımı şərait, stadion, baza var. Bizi niyə II Diviziona buraxmadılar, səbəbini bu günə kimi bilmirik, heç səbəb də göstərməyiblər. Ona görə növbəti mövsüm yenidən "Region Liqası"na qatılmağımız sual altındadır. Belə münasibət olsa, ümumiyyətlə, futboldan çəkiləcəyik. Bu il müraciət edən 15 komanda arasında "Xəzər Lənkəran 42"-no görməyən, gələn il görəcək?".