AFFA tərəfindən I və II Diviziona buraxılmayan "Xəzər Lənkəran 42"-yə yeni mövsümdə də "Region Liqası"nda oynamaq təklif olunub.

Rekord.az xəbər verir ki, federasiya bu dəfə Lənkəran klubunu əmin etməyə çalışıb ki, növbəti mövsüm "Region Liqası"nda qalib olsalar 100 faiz II Diviziona buraxılacaqlar.

Lakin Lənkəran təmsilçisi hələlik AFFA-nın təklifinə müsbət cavab verməyib. Komanda rəhbərliyi bir müddət düşünüb sonra cavab vermək istəyir.