
Xavi rəsmən “Barselona”da
- 06 Noy 2021 13:42
- 359
İspaniyanın “Barselona” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin “sükan”ı Xaviyə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Xavi futbolçu kimi 1997-2015-ci illərdə “Barselona”da çıxış edib.