Barselona”nın yeni baş məşqçisi Xavi komandada bir sıra qadağalar tətbiq edib.

Rekord.az xəbər verir ki, bu qadağalardan bəziləri fərdi olaraq ayrı-ayrı futbolçulara da tətbiq olunacaq.

Qadağaya məruz qalan oyunçulardan biri də Pikedir.

Xavi ona telekanallara danışmağı qadağan edib. Onun fikrincə, Pike futbola aid olmayan tədbirlərdə həddindən artıq görünür.

Mütəxəssis hesab edir ki, bu da futbolçuların diqqətini yayındırır. Xavi hesab edir ki, oyunçular, əsasən “Barselona” və gələcək karyeraları haqqında düşünməlidirlər.

“Barselona” Xavinin rəhbərliyi altında ilk oyununu noyabrın 20-də “Espanyol”a qarşı keçirəcək.