"Barselona"nın yeni transferi Ferran Torres "Mançester Siti"dən Kataloniya klubuna keçməsi barədə danışıb. 

Rekord.az xəbər verir ki, 21 yaşlı hücumçu "Marca"ya açıqlamasında deyib: 

"Burada olmaqdan çox şadam. "Barselona"ya keçmək karyeram üçün böyük bir addımdır. Mən böyüməyə davam etmək və qollar vurmaq istəyirəm. Xavinin oyunçu karyerası inanılmaz idi. O, məşqçi kimi fəaliyyətə yeni başlayır, amma yenə də möhtəşəmdir. Xavi mənə böyüməyə və irəliləməyə kömək edəcək. Hücumda üç mövqedə oynaya bildiyim üçün fərqli hərəkət edə bilirəm. Komandaya qollarımla, ötürmələrimlə və müdafiə xəttində görəcəyim işlər ilə kömək etmək istəyirəm".

Qeyd edək ki, Torres "Barselona" ilə bu gün 5 illik müqavilə imzalayıb.