
Xavi Holand və Morata haqda: "Hamısı fərziyyədir"
- 04 Yan 2022 14:45
- 550
“Barselona”nın baş məşqçisi Xavi adı komandası ilə hallanan Erlinq Haaland və Alvaro Morata haqda açıqlama verib.
Rekord.az verir ki, İspaniya mətbuatına danışan mütəxəssis bunları deyib:
“Morata? Sahib olmadığım futbolçular haqda danışmaq istəmirəm. Ferran Torres və Dani Alveş bizə çox kömək olacaq. Digər şeylər isə fərziyyədir. Morata, Haaland… Hamısı fərziyyədir. Bu futbolçular haqda danışmaq mənim işim deyil. Mən komandamda olan futbolçulardan danışmağı üstün tuturam”.
Qeyd edək ki, müqavilə ilə "Atletiko"ya məxsus olan Morata icarə əsasında "Yuventus"da oynayır. Dortmund "Borussiya"sının hücumçusu Hallandın isə klubu ilə 2024-cü ilin yayına qədər sözləşməsi var.