“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 18-ci turunda “Elçe”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, ispan mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qızıl üç xal qazandıq. Bu gün daha yaxşı oynadığımızı düşünürəm.

6 il idi ki, La Liqada deyildim. Komandaların oyun tərzləri dəyişib. “Elçe”yə qarşı çox yaxşı oynadıq. Futbolçular yaxşı çıxış etdilər və boşluqlar yaratdılar.

Qavi çox təsirli oyunçudur. 17 yaşı var və çox yaradıcıdır. Onun oyunu həqiqi şoudur. Qavini izləmək bir zövqdür.

Fantastik oyunçudur. Onunla yanaşı, Niko Qonsales, Erik Qarsiya, Abessamad Ezzalzuli, Ronaldo Arauxo da yaxşı oynayır. Bu futbolçular “Barselona”nın gələcəyidir”.