"Barselona”nın yeni baş məşqçisi Xavi Ernandes daha əvvəl Braziliya millisindən təklif alıb.

Rekord.az xəbər verir ki, bunu 41yaşlı mütəxəssis ötən gün keçirilən təqdimat mərasimində deyib.

O, Qətərin “Əl-Sədd” klubunda çalışdığı zaman Braziliya yığmasından təklif aldığını söyləyib. Cənubi amerikalılar DÇ-2022-dən sonra Xavini hazırkı çalışdırıcı Titenin yerinə təyin etmək istəyib. Lakin o, doğma komandası “Barselona”nın təklifini daha üstün tutub.

Qeyd edək ki, Xavi Ernandes “Barselona” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.