“Xankəndi” və “Qaradağ Lökbatan”dan növbəti qələbə
- 20:00
- 43
2-ci Liqada 22-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Xankəndi” “Dinamo” üzərində inamlı qələbəyə sevinib. “Qaradağ Lökbatan” “Quba”nı, “Ağstafa Gəncləri” “Şəki”ni böyük hesabla məğlub edib.
Daha öncə “Araz Saatlı” “Göygöl”ə (2:1), “Ağdaş” “Kür-Araz”a (1:0), “Şirvan” “Şəmkir”ə (1:0) qalib gəlmişdi.
2-ci Liqa
22-ci tur
14 aprel
“Xankəndi” – “Dinamo” 3:1
Qollar: Elvin Nəsibov, 7; 67. Emin Quliyev, 71-pen - Valeh Seyidov, 34.
“Qaradağ Lökbatan” – “Quba” 5:1
Qollar: Rəhman Quliyev, 43; 45. Tural Axverdiyev, 55. Sabir Allahquliyev, 62. Vüsal Hüseynov, 85 – Bəhram Köçərli, 74.
“Şəki” – “Ağstafa Gəncləri” 1:4
Qollar: Rəsul İbrahimov, 8 – Ramin Süleymanov, 3. Eltac Hüseynov, 50; 72. İlkin Allahverdiyev, 66.