
"Xan Lənkəran"nın prezidentinin kimliyi məlum oldu
- 30 Dek 2021 17:00
- 2471
"Xan Lənkərana" bir neçə gün öncə yeni loqosunu ictimaiyyətə təqdim etdi.
Rekord.az xəbər verir ki, "Futbol plus" başqa hansı yeniliklərin olacağını komandanın mətbuat xidmətinin rəhbəri Famil Məmmədovdan soruşub: “Loqo ilə bağlı dəyişiklik etmək qərarına gəldik. Yeni forma və loqo növbəti mövsüm üçün nəzərdə tutulub və o zaman təqdim olunacaq. Birinci divizionda çıxış etməyi planlaşdırmışıq. Yaxın zamanda komandanın “fan-şop”u da açılacaq. Bununla bağlı ətraflı məlumat verəcəyik. Hazırda Region Liqasına fasilə verilib. İkinci dövrə üçün stadionun ot örtüyü də bərpa olunacaq”.
Sonda qeyd edək ki, klub prezidentinin kimliyi açıqlanmasa da, etibarlı mənbədən aldığımız məlumata görə, "Xan Lənkəran"nın başqanı Pərviz Hüseynov ad-soyadlı biznesmendi.