Xəbər verdiyimiz kimi, "Xan Lənkəran" komandasının baş məşqçisi İqbal Babayev və köməkçi məşqçisi Cəfər Mirzəyev istefaya göndərilib.

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Famil Məmmədovla danışdıq. Klub rəsmisi "Football-plus.az" saytına bunları dedi:
 

"Başverənlər klubun daxili məsələsidi. İctimaiyyətə məlumat veriləcək. Hazırda geniş açıqlama verə bilmirəm".



Redaksiyamıza daxil olan məlumata görə, futbolçular və məşqçilər korpusu arasında problem yaşanıb. İstefa qərarı da məhz bununla bağlıdı.