"Xan Çinar" seçimlərin ilk mərhələsini bitirdi - FOTOLAR
- 07 Apr 2026 10:00
- 106
Cəbrayılın "Xan Çinar" komandası ilk seçim mərhələsini keçirib.
Rekord.az xəbər verir ki, "Bank Respublika Arena"nın ehtiyat meydançasında baş tutan seçimlərdə yaşı 15-35 arası olan xeyli futbolçu iştirak edib.
Onların arasından seçilənlər seçimlərin ikinci mərhələsinə cəlb olunacaq. İkinci mərhələdə artıq yoxlama görüşləri keçiriləcək və ən güclülər komandada saxlanılacaq.