
Vüsal İsgəndərlinin komandasında 3 transfer
- 19 Yan 2022 13:20
- 526
Millimizin sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" 3 futbolçu transfer edib.
Rekord.az xəbər verir ki, TFF I Liqa təmsilçisi "İğdırspor"dan müdafiəçi Erkam Reşmen, "Altay"dan yarımmüdafiəçi Ziya Alkurtu transfer edib.
Ziya Vüsal İsgəndərli kimi sağ və sol cinah vingeri kimi çıxış edir.
Paytaxt klubu "Kayserispor"dan Antonio Uzodimmanı isə icarəyə götürüb.