
Vüsal İsgəndərlinin komandası səfərdə qalib gəldi
- 11 Yan 2022 11:41
- 441
Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Keçiörengücü” 20 turdan sonra 22 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.