"Kəpəz"in veteran futbolçusu və kapitanı Vurğun Hüseynovun son durumuna aydınlıq gəlib.

Rekord.az-a açıqlama verən futbolçu hələlik risk etmək istəmədiyini bidirib: "Kollektiv məşqlərdə iştirak edirəm. Lakin oyunla bağlı hələlik risk etmək olmaz. Çünki məndə zədə diz bağları ilə bağlıdır. Bu isə ciddi zədə sayılır və gərək çox ehtiyatlı olasan. Bir müddət məşqlə kifayətlənib bərpa olunmalıyam. Daha sonra oyunlara çıxmaq olar".