Azərbaycan futboluna ağır itki üz verib. 

Rekord.az xəbər verir ki, "Vətən" futbol məktəbinin məşqçisi Zəfər Hüseynov 41 yaşında dünyasını dəyişib. 

Vaxtilə AZAL-ın, "Keşlə"nin aşağı yaş qruplarından ibarət komandalarını çalışdıran Hüseynov qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkirdi. 

Qeyd edək ki, Zəfər Hüseynov veteran futbolçu Nazim Süleymanovun yaxın qohumudur.

Allah rəhmət eləsin!