"Venesiya" "Bavariya"nın yarımmüdafiəçisi Mikael Kuisansı transfer edib.

Rekord.az A seriyası təmsilçisinin saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. 

Xatırladaq ki, fransalı futbolçu bu mövsüm "Bavariya"nın heyətində cəmi 2 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.