AFFA-nın 2022-ci ilin fevral ayından etibarın Azərbaycan Premyer Liqasında VAR sistemini tətbiq edəcəyi deyilsə də bu, baş verməyəcək.

Rekord.az-a daxil olan məlumata görə, federasiya qısa zamanda bunu həyata keçirmək iqtidarında deyil.

Düzdür, bunun üçün İK vəsait ayırılması ilə bağlı qərar açıqlayıb. Lakin iş təkcə maliyyə ilə bağlı deyil. İş ondadır ki, stadionların bəziləri bu sistemin tətbiqi üçün hazır deyil. Ona görə də böyük ehtimalla VAR sisteminin tətbiqi növbəti mövsümə qalacaq.