Uruqvay yığmasında yeni baş məşqçi
- 15:40
- 33
2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu Dieqo Forlan Uruqvay milli komandasının baş məşqçisi vəzifəsinə təsdiqlənib.
Rekord.az xəbər verir ki, tərəflər arasında 2027-ci ilin martınadək bağlanıb.
Müddət başa çatdıqdan sonra assosiasiya Forlanla gələcək əməkdaşlıq barədə qərar verəcək. Bu, UFA-nın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır. Belə ki, təşkilat hələlik uzunmüddətli müqavilə imzalamağa hazır deyil.
Forlan bu postda 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, heç bir qələbə qazanmayaraq çıxışını qrup mərhələsində başa vurub. Qrupda uruqvaylılar Səudiyyə Ərəbistanı (1:1) və Kabo Verde (2:2) yığmaları ilə heç-heçə edib, həmçinin İspaniya komandasına (0:1) məğlub olublar.