Azərbaycan Gənclər və İdman Naziri Fərid Qayıbov və müavinləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi rəisi Raqif Abbasov, Azərbaycan Taekvondo Federasiyanın vitse Prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev 17.12.2022-ci il tarixində yaradıcısı və rəhbəri olan İlkin Şahbazovun dəvəti ilə "Ümid Taekvondo Klubu"nun açılışında iştirak ediblər.

Rekord.az Azerbaycan-Turkiye.az-a istinadla xəbər verir ki, görüş zamanı nazir hər kəslə maraqlandı, fikirləri öyrəndi, uşaqlarla şəkil çəkdirdi. Görüşə gələn hər kəs uşaqlara böyük nəvaziş göstərdi. 

Görüşdə şəhid ailələri də iştirak edirdi. Onlar da öz adlarından başda Cənab nazir olmaqla, bütün gələn qonaqlara və idmançıları yetişdirən İlkin Şahbazova dərin minnətdarlığını bildirdi.