Ukraynada dha bir futbol məşqçisi müharibənin qurbanı oldu
- 03 İyl 2022 15:00
 - 481
 
Ukraynanın Odessa vilayətinin Sergeyevka kurortunu Rusiya hərbçilərinin raket atəşinə tutması nəticəsində yerli “Arletik” uşaq-yeniyetmə futbol klubunun qurucusu və prezidenti Aleksandr Şişkov ölüb.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi onun vəfatı ilə əlaqədar nekroloq yayıb.
Bildirilib ki, Aleksandr Şişkov əvvəllər çimərlik futbolu üzrə Ukrayna millisində oynayıb.