Ukrayna yığmasının futbolçusu Aleksandr Zinçenko DÇ-2022-nin seçmə mərhələsinin son turunda Bosniya və Herseqovina ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, Ukrayna yığması səfərdə 2:0 hesabı ilə qalib gələrək pley-offa vəsiqə qazanıb.

Ukraynanın qollarından birini Zinçenko vurub. “Siti”nin müdafiəçisi Finlandiyanı 2:0 hesabıyla məğlub edən Fransa yığmasına da təşəkkür edib:

“Lazım olan nəticəni əldə etdik. Fransa yığmasına da təşəkkür edirəm ki, ədalətli oyun prinsipinə sadiq qaldılar. Amma biz işin yalnız yarısını görmüşük. Yazda ağır pley-off qarşılaşmaları olacaq.

Jore Buşana da təşəkkür edirəm. O, inanılmaz seyv etdi. Hər şey gözlərimin qarşısında baş verdi. Elə bildim ki, artıq qoldur.

Amma o, topun qapıya getməsinə imkan vermədi. Sanki bununla da komandanı toparladı və “irəli gedin” dedi”.