Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko tutduğu postdan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis özü sosial şəbəkə hesabında açıqlama yayıb. O, açıqlamasında Ukrayna Futbol Federasiyası ilə müqaviləsinin bitdiyini bildirib:

“Bu gün federasiya ilə olan müqaviləm başa çatdı. Çalışdığım beş il ərzində əsas hədəfim ölkəmin milli komandası idi. Müasir futbolda nələr edə biləcəyimizi çox çalışaraq göstərdik. Rəhbərliyə, futbolçulara, mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Ukrayna millisi bu ilin yayında keçirilən AÇ-2020-də Şevçenkonun rəhbərliyi altında 1/4 finala kimi irəliləmiş, bu mərhələdə İngiltərə yığmasına uduzmuşdu.