Yüngül çəkidə UFC-nin hazırkı çempionu, braziliyalı Çarlz Oliveyra “İnstaqram” səhifəsində yeni şəkil paylaşıb.

Rekord.az xəbər verir ki, Oliveyra həmyerlisi, PSJ-nin futbolçusu Neymarla görüşüb.

O, belə yazıb: “Hər şeyə görə çox sağ ol, mənim dostum. Allah həmişə sənə yar olsun. Gəl, zirvəyə qalxmağa davam edək”.

Oliveyra amerikalı Maykl Çandleri məğlub edərək çempion olub və Həbib Nurməhəmmədovun boşaltdığı postu tutub.